Polşada çempion bilindi: Jezniçak karyerasını bitirəcək?

Polşanın Ekstraklasasında 2018/19 mövsümünün qalibi məlum olub.

Komanda.az xəbər verir ki, sonuncu turda “Lex”i 1:0 hesabıyla məğlub edən “Pyast” cari mövsümün çempionu olub. 37 turdan sonra 72 xal toplayan “Pyast”, klub tarixində ilk dəfə ölkə çempionatının qalibi olub.

“Qarabağ”dan ayrılan Yakub Jezniçak bir müddət əvəl “tvitter”də etdiyi açıqlamada, “Pyast”ın çempion olacağı təqdirdə, karyerasını bitirəcəyini demişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button