AÇ-2020: “İspaniyadan aldığımız xal nələr edə biləcəyimizi göstərdi”

Polşa millisinin futbolçusu Robert Levandovski AÇ-2020-nin qrup mərhələsinin 2-ci turunda İspaniyaya qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, 32 yaşlı hücumçu, 1:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“İspaniyadan aldığımız xal nələr edə biləcəyimizi göstərdi. Rəqib daha üstün olsa da, müdafiədə etibarlı oynadıq. Keyfiyyətimiz göz qabağındadır. Bəlkə, bu baxımdan İsveçdən geri qalırıq, ancaq komanda ruhumuzun hesabına onları məğlub edə bilərik”.