Poçettinodan müqaviləsini uzadan Mbappe haqda açıqlama

PSJ-nin baş məşqçisi Maurisio Poçettino hücumçu Kilian Mbappe ilə müqavilənin uzadılmasına münasibət bildirib.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, argentinalı mütəxəssis, Mbappe ilə yeni müqavilədən məmnun qaldığını söyləyib:

“Mən müqavilənin uzadılması barədə rəsmi açıqlamadan bir neçə dəqiqə əvvəl xəbər tutdum. Bu, klub üçün çox vacib addımdır. Biz çox məmnunuq. Danışıqların gedişatını izləyirdim, müxtəlif mərhələlər oldu. Biz Mbappenin peşəkar inkişafı ilə həqiqətən fəxr edirik. Əvvəllər o, daim tənqid olunurdu, çünki həmişə öz potensialını reallaşdıra bilmirdi. İndi isə onun irəliləyişindən çox razıyam. Mbappe ilə müqavilənin uzadılması prezidentin və bütün klubun əməyinin nəticəsidir”.

Fransalı futbolçunun Paris klubu ilə yeni müqaviləsi 2025-ci ilə qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button