Pley-off mərhələsinin oyun cədvəli açıqlandı

Futzal üzrə Yüksək Liqada keçirilən 21-ci turla əsas mərhələyə yekun vurulub.

Komanda.az xəbər verir ki, turnir cədvəlinin ilk 4 pilləsində yer alan komandalar – “Araz”, EKOL, “Neftçi” İK və “Baku Fire” – pley-off mərhələsinə mübarizəni davam etdirəcək.

Pley-off mərhələsinin ilk oyunları mayın 1-də Bakı İdman Sarayında keçiriləcək və CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.

Əsasnaməyə uyğun olaraq, komandalardan biri 2 qələbə qazanana qədər seriya davam edəcək. Hər dueldə komandalardan biri mütləq qələbə qazanmalıdır. Əsas vaxtda bu mümkün olmazsa, hər biri 5 dəqiqədən ibarət əlavə iki hissə keçiriləcək. Bu dəfə də qalibin adı bilinməsə tərəflər penalti seriyasından istifadə edəcək.

Yüksək Liqa
Yarımfinal oyunları
1 may

EKOL – Neftçi İK
12:00. Bakı İdman Sarayı.

Araz (Naxçıvan) – Baku Fire
14:45. Bakı İdman Sarayı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button