“Pis oynadığımızı düşünmürəm” – Qvardiola
Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində “Tottenhem”ə 0:1 hesabı ilə uduzan “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ispan mütəxəssis, komandasının pis oyun göstərmədiyini deyib:
“Pis oynadığımızı düşünmürəm. Oyuna nəzarət etdik və çox mübarizə apardıq. Xüsusilə, ikinci hissədə yaxşı oyun göstərdik, amma nəticə əldə edə bilmədik. Çempionlar Liqasının çətinliyi də bundadır.
Penaltidən başqa, bir çox şansımız vardı. Növbəti dəfə penaltini düzgün yerinə yetirəcəyik. Bunun haqqında çox düşünməmək lazımdır. “Tottenhem”lə oyunu fikirləşmək üçün çox vaxtımız yoxdur. Artıq “Kristal Pelas”la görüşə hazırlaşmalıyıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin