“Pirelli” növbəti mövsümdən “İnter”in sponsoru olmayacaq

“İnter” 26 ildir sponsoru olan “Pirelli” şirkəti ilə işbirliyinə son qoymağa qərar verib.

Komanda.az xəbər verir ki, sözügedən şirkətin loqosu növbəti mövsümdən Milan təmsilçisinin formalarında yer almayacaq.

Bunu “Prielli”nin CEO-su Marko Tronchetti Provera İtaliya mətbuatına açıqlamasında söyləyib. O, titul sponsorluğuna son qoyulduğunu bildirsə də, klubla münasibətlərinin davam edəcəyini də bəyan edib. Bu isə o deməkdir ki, “İnter” 2021/22 mövsümündən etibarən fərqli titul sponsporu ilə mübarizə aparacaq.

Qeyd edək ki, “Pirelli” öz məhsulları ilə bütün dünyada məşhur olan avtomobil təkərlərinin istehsalı ilə məşğuldur. Sözügedən şirkət 1995/96 mövsümündən etibarən “İnter”in titul sponsoru idi.

İtaliya mətbuatının yazdığına görə, geridə qalan 26 il ərzində “Pirelli” “İnter”ə bütövlükdə 234 milyon avro ödəyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button