Pikenin babası eyham vurdu, amma ad çəkmədi

“Barselona”nın müdafiəçisi Jerar Pikenin babası Amador Bernabeu nəvəsinin karyerasını bitirmək qərarına münasibət bildirib.

Komanda.az xəbər verir ki, Pikenin babası bəzi mətləblərə eyham vurub. O, “sport.es” portalına verdiyi açıqlamada belə deyib:

“Çox böyük duyğu və kədər, mənfi və müsbət hisslərin qarışığı. Bu, gözləmədiyimiz sondur, amma bəzən məcbur qalırsan. Mən onu xoşbəxt və iddialı görürdüm, hələ oynaya bilərdi.

Jerar tələsik ayrıldı. Çünki təbiətinə və həyat tərzinə görə ehtiyat oyunçular skamyasında ola bilməzdi. Belə uzun karyera ərzində orada oturmağa alışmayıb.

Pike heç vaxt klub işinə görə “Barselona”nı tərk etməzdi. O, “Barselona”lıdır. Bizim kimi, bütün ailə ömrümüz boyu “Barselona”ya azarkeşlik etmişik. “Barselona” bizim həyatımız və tariximizdir. O, heç vaxt “Barselona”nı tərk etməyəcək: insanlar başqa, klub başqadır. “Barselona”nın prezidenti Xuan Laporta? Yox, mən o “ərazi”yə girməyəcəm. Ad çəkmirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button