50 milyon avrodan imtina edən futbolçu

İspaniyalı müdafiəçi Jerar Pikenin “Barselona” ilə müqaviləsinə xitam verilməsinin təfərrüatları məlum olub.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Pike müqavilənin sonrakı iki ili ərzində ona ödənilməli olan 50 milyon avrodan çox puldan imtina edib.

Pike təqaüdə çıxmaq qərarını noyabrın 3-də açıqlayıb.

35 yaşlı futbolçu 4 dəfə Çempionlar Liqasının qalibi (3 dəfə “Barselona” ilə, 1 dəfə “Mançester Yunayted”lə) olub, İngiltərə və 8 dəfə İspaniya çempionluğunu qazanıb.

Pike İspaniya millisi ilə dünya və Avropa çempionluğu da yaşayıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button