PFL rəmzi komandaya ən çox düşən futbolçuları açıqladı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2018/19 mövsümündə rəmzi komandaya ən çox düşən futbolçular açıqlanıb.

Komanda.az xəbər verir ki, siyahıda ölkə çempionu “Qarabağ”ın 8 futbolçusu yer alıb. “Neftçi”dən 3, “Qəbələ”dən isə 1 oyunçu mövsümün komandasına düşə bilib.

“İnstat Sport” şirkətinin mövsüm ərzində açıqladığı həftənin komandasına ən çox Səlahət Ağayev (“Neftçi”), Abdullah Zubir və Mahir Emreli (hər ikisi “Qarabağ”) seçilib. Onlar 10 dəfə “11-lik”də yer alıblar.

“Qarabağ”dan Dani Kintana ilə Donald Gerye və “Qəbələ”dən Ceyms Adeniyi 9, Ağdam təmsilçisinin digər oyunçuları Filip Ozobiç, Miçel Madera və Bədavi Hüseynov 8 dəfə rəmzi komandaya düşüblər.

“Qəbələ”dən “Neftçi”yə keçən Voyislav Stankoviç və flaqmanın digər müdafiəçisi Kiril Petrov hərəyə 6, Maksim Medvedev və Abbas Hüseynov (hər ikisi “Qarabağ”) isə hərəyə 5 dəfə “11-lik”də olublar.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button