PFL Premyer Liqa ilə bağlı məlumat yaydı

Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Premyer Liqasının 5-ci, Birinci Divizionun ilk turunun oyunlarının başlama saatları ilə bağlı müəyyən dəyişikliklər edib.

Komanda.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, səbəb bu gün saat 00:00-dan Azərbaycanın bəzi şəhər və rayonlarında hərbi vəziyyətin elan olunmasıdır.

Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Ağstafa, Qazax rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan səhər saat 06:00-dək komendant saatı tətbiq edilir. Sözügedən ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilir. Eyni zamanda xüsusi giriş-çıxış rejimi tətbiq ediləcək və nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bununla əlaqədar PFL bütün təşkilati məsələləri nəzərə alaraq, müvafiq qərar qəbul edib.

Premyer Liqada qarşıdakı turun ən tez başlanacaq oyunu saat 14:00-a, ən gec start götürəcək qarşılaşması isə saat 16:00-a təyin olunub. Birinci Divizionda isə görüşlər saat 15:00-dan gec başlamayacaq. Vəziyyətə uyğun olaraq qarşıdakı günlərdə bununla bağlı müvafiq addımlar atıla bilər.

Azərbaycan Premyer Liqası, 5-ci tur

2 oktyabr

Sabah – Keşlə
Masazır. “Bank Respublika Arena”, 15:30.

3 oktyabr

Qəbələ – Sumqayıt
Qəbələ şəhər stadionu, 14:00.

Zirə – Neftçi
Zirə İdman Kompleksinin stadionu, 16:00

4 oktyabr

Qarabağ – Səbail
Bakı. “Azersun Arena”, 15:30.

Birinci Divizion, 1-ci tur

1 oktyabr

Keşlə-2 – Kəpəz
Bakı. “ASK Arena”, 13:00.

Sumqayıt-2 – Qarabağ-2
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00

Neftçi-2 – Sabah-2
Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança), 15:00.

2 oktyabr

Zaqatala – Turan Tovuz
Zaqatala şəhər stadionu, 13:00.

Qaradağ Lökbatan – MOİK
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button