PFL-də yeni post yaradıldı

Peşəkar Futbol Liqasında struktur və kadr dəyişikliyi davam edir.

Komanda.az xəbər verir ki, Peşəkar Futbol Liqasının rəhbərliyinin qərarına əsasən, qurumda icraçı direktor postu təsis edilib və Zaur Hacı-Məhərrəmov bu posta təyinat alıb.

Zaur Hacı-Məhərrəmov 2009-cu ildən AFFA-da fəaliyyət göstərir. Bu müddət ərzində AFFA-da müxtəlif postlarda çalışan Hacı-Məhərrəmov ölkəmizdə keçirilən böyük beynəlxalq yarışlarda da fəaliyyət göstərib. Peşəkar Futbol Liqasının yeni icraçı direktoru eyni zamanda, beynəlxalq oyunlara UEFA nümayəndəsi kimi təyinat alır.

Buna qədər Peşəkar Futbol Liqasında Aslan Şahgəldiyev vitse-prezident, Elgiz Abbasov isə texniki idman direktoru kimi təsdiqlənib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button