Peru yığmasının üzvü rəsmən “Zirə”də

“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, paytaxt klubu Alvaro Ampuero ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı müdafiəçi “Universidad San Martin” klubundan 1 illik icarəyə götürülüb.

Perulu futbolçu bundan öncə “Universitario de Deportes” (Peru), “Parma” (İtaliya), “Padova” (İtaliya), “Salernitana” (İtaliya) və “Universidad San Martin” (Peru) klublarında çıxış edib.

Ampeuro, Peru yığmasının heyətində 9 oyunda meydana çıxıb.