Paytaxt klubunda yeni müqavilə

“Roma” futbolçusu Kris Smollinqlə bağlı qərar verib.

Komanda.az xəbər verir ki, İtaliya klubu müdafiəçi ilə müqaviləni yenilib.

Məlumatı klubun mətbuat xidməti yayıb. Bildirilir ki, Krislə yeni sözləşmə 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, 33 yaşlı ingiltərəli futbolçu 2019-cu ildən “Roma”da çıxış edir. O, 2019-2020-ci illər mövsümünü “Roma”da icarə əsasında keçirib, 2020-ci ildə isə transfer hüquqları alınıb. Smollinq bu komandada 143 oyuna çıxıb və 10 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button