Paytaxt klubunda yeni futbolçu

İngiltərənin “Tottenhem” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, London təmsilçisi qapıçı Mişel Vormu heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 35 yaşlı qapıçı ilə bu mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, London təmsilçisinin əsas qapıçısı Uqo Lloris bir müddət əvvəl ağır zədə alıb. O, uzun müddət “Tottenhem”ə kömək edə bilməyəcək. Bu üzdən də klub rəhbərliyi heyətə yeni qapıçı cəlb etmək zərurəti duyub.

Vorm, bu yay “Tottenhem”lə müqaviləsinin müddəti başa çatdığı üçün klubu tərk etmişdi. Amma özünə başqa klub tapa bilmədiyi üçün azad agent statusu daşıyırdı.