Hapal: “Azərbaycan millisi müdafiədə yaxşı, kompakt oynadı”

Futbol üzrə Slovakiya yığmasının baş məşqçisi Pavel Hapal AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandasına qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Oyuna yaxşı başladıq. 100 faizli qol şanslarımız oldu. Azərbaycan müdafiədə yaxşı, kompakt oynadı. Birinci hissədən sonra komanda bir qədər inamsız görünürdü. Bəlkə də, Uelsdəki oyunun nəticəsi ilə bağlı məlumat almışdılar”.

Təcrübəli mütəxəssis Azərbaycan millisinin 81-ci dəqiqədə real qol şansından yararlana bilməməsinə diqqət çəkib: “Həmin anda rəqib hesab bərabərləşməyə çox yaxın idi. Lakin qapıçımızın inamlı oyunu onların sevinməsinə imkan vermədi. Daha sonra isə ikinci qolu vurmaqla görüşün taleyini həll etdik.

İlk yarıda Azərbaycan millisi elə də yaxşı çıxış etmədi. Amma fasilədən sonra buraxdığımız bir səhv bizə baha başa gələ bilərdi. Lakin rəqib real qol epizodundan yararlana bilmədi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button