Paşayevli “Aleksandriya” “Anderlext”ə qalib gəldi

Ukraynanın “Aleksandriya” klubu Hollandiyadakı təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Pavel Paşayevin formasını geyindiyi sözügedən kollektiv Belçikanın “Anderlext” komandası ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Paşayev də bu görüşün iştirakçısı olub. O, fasilədən dərhal sonra meydana buraxılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button