Paşayevin komandası yarımfinalda

Futbol üzrə Ukrayna kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” klubu da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Dnepr”lə qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabıyla yekunlaşıb. Əlavə vaxtda da hesab dəyişmədiyindən, qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Aleksandriya” 4:3 hesabıyla qalib gəlib və yarımfinala yüksəlib.

Pavel də bu görüşün iştirakçısı olub. Paşayev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.