Parti “Arsenal”da qalacaq? – Açıqlama

“Arsenal”ın baş məşqçisi Mikel Arteta yarımmüdafiəçi Tomas Parti haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Parti qarşıdakı mövsüm üçün sizin planlarınıza daxildir” sualını belə cavablandırıb:

“Şübhəsiz ki, bəli. Tomas həm komanda, həm də mənim üçün çox vacib oyunçudur. Onun klubumuzun bir hissəsi olmağa davam etməsini istəyirəm”.

Öncədən 30 yaşlı futbolçunun Səudiyyə Ərəbistanı klublarından birinə keçməyə yaxın olduğu bildirilirdi. Qanalı oyunçunun “Yuventus”a keçməyə razılıq verdiyi barədə də xəbər vermişdik.

Parti başa çatan mövsümdə “topçular”ın heyətində 40 oyuna çıxıb, üç qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button