Özünü Messiyə bənzətdi

İspaniyanın “Betis” klubunun futbolçusu Nabil Fekir “Barselona”nın hücumçusu Lionel Messi ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu, Messiyə bənzədiyini bildirib:

“Futbolçular aktyorlardır və bizim əsas məqsədimiz tamaşaçılara zövq verməkdir. Messi ilə mənim oyun üslubumuz oxşardır, amma onun kimi olduğumu demək dəlilik olar. Onun qədər yaxşı deyiləm, amma bəzi məqamlarda ona bənzəyirəm. Messi insanların izləmək istədiyi, onlara futbolu sevdirən bir futbolçudur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button