“Özümüz də çıxış yolu görmürük” – Zaur Axundov

“Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov Premyer Liqanın 25-ci turunda “Qarabağ”a uduzduqları oyundan (0:3) sonra jurnalistlərə müshaibə verib.

Komanda.az xəbər verir ki, o, komandasının ikinci hissədəki oyunundan kəskin şəkildə narazı qaldığını deyib:

  • Nəticəni sürpriz saymaq olmaz. İkinci hissədə komandanın oyunu sıfır idi. Birinci hissədə hərəkət var idi. Fasilədən sonra komanda dayandı. Bununla da bağlı söhbətimiz olacaq. Həm də “Qarabağ”ın səviyyəsi göz önündədi.
  • “Keşlə”nin bu vəziyyətdən necə çıxarmaq olar? Heyətdə legionerlər var. Desək ki, futbolçu yoxdu, düz çıxmaz. Bu komandada nə oyun var, nə də nəticə…
  • Sizin dediyinizlə tamamilə razıyam. Bilmirəm, bunun üzərində çalışırıq. Futbolçuların baza və maaş problemi yoxdu. Səbəb yoxdu. Çatışmayan və yubanan nəsə yoxdu. Artıqlaması ilə hər şey var. Qara zolaqdı, futbolçular inamı itiriblər. Özümüz də çıxış yolu görmürük.
  • Futbolçular sizinlə söhbətdə səbəb nə deyirlər?
  • Səbəb demirlər. Deyirlər ki, dəyişiklik olacaq. Amma birinci hissədə nəsə oynayırlar, lakin fasilədən sonra o komandada nə baş verdiyini nə mən, nə də başqası tapa bilir.
  • Bəlkə futbolçular komandanın Premyer Liqada qalacağını düşünüb, arxayınlaşıblar? Sona 3 tur qalmış nəyə ümid edirsiz?
  • 3 tur qalıb, futboldu da. Maksimum xal qazanmaq lazımdı. Bu oyunun araşdırması olacaq, görüşəcəyik. Komandadan kənarda qalmıram, bazada oluram, məşqlərdə iştirak edirəm. İclas da keçiririk, toplaşırıq. Sonuncu yerdəyik. Bu da kluba yaraşan yer deyil. Futboldu, amma istəməzdik belə olsun. Mən və baş məşqçi var gücümüzü qoyub komandanı bu böhrandan çıxarmalıyıq.
  • Növbəti mövsüm çempionatda 10 klub yarışa bilər? “Keşlə”nin Premyer Liqada qalma ehtimalı var?
  • Bu dəqiqə fikrim o mövzuda deyil. Futzalda belə şeyə öyrəşməmişdim. Ötən il Azərbaycan kubokunu əldə edən komandayıq. Mən bunu böhran adlandırardım. Bəzi oyunlarda bəxtimiz də gətirmədi. Fikrimiz son pillədən qurtulmaqdı.
  • Komanda sonuncu olsa, nə dəyişikliklər olacaq?
  • Əvvəlcədən proqnoz vermirəm. Çempionatdan sonra müəyyən qərarlar olacaq. Təbii ki, dəyişikliklər olacaq. Baş məşqçi və məşqçilərlə söhbətimiz olacaq. Bu dəqiqə fikrimiz son 3 oyunda maksimum xal toplamaqdı.
  • Futzalda nəticələr qazanmış adamsınız. “Keşlə”dəki böhran sizi futboldan iyrəndirmir?
  • Xeyr. Təbii ki, mənə ağır gəlir. 10 ildən çoxdu futzaldayam. “Araz” və milli komandada nəticələrə öyrəşmişik. Futboldu, həmişə uda bilməzsən, məğlubiyyət də var. Ancaq məğlubiyyət var ki, mübarizə göstərib uduzursan. Paltardəyişmə otağında da futbolçulara bunu dedim. “Qarabağ”dı, çempionluğa oynayan komandadı. İkinci hissədə futbolçularda əzmkarlıq, xarakter görmədim. Uduzmaqdan daha çox bu təsir etdi.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button