“Özüm, həyat yoldaşım üçün çox qorxdum” – Markizio

“Yuventus”un sabiq yarımmüdafiəçisi Klaudio Markizionun silahlı qarətə məruz qaldığını xəbər vermişdik.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 33 yaşlı keçmiş futbolçu, açıqlama verərək, hadisənin təfərrüatını bölüşüb:

“Soyğunçular bizə silah çıxardılar. Əvvəllər əsl silah görmədiyim üçün bu, çətin idi. Yaxşı ki, həmin anda sakitliyimizi qoruya bildik. Beş nəfər içəri girərək, seyfin harda olduğunu soruşdular. Onlara evimizdə seyf olmadığını desəm də, inanmadılar. Həqiqətən də, bizdə seyf yoxdur. İstədikləri, apara biləcəkləri hər şeyi götürdülər və getdilər. Özüm, həyat yoldaşım üçün çox qorxdum. Xoşbəxtlikdən həmin vaxt uşaqlar evdə deyildilər.

Telefona cavab vermədiyimiz üçün bizi axtaranlar narahat olmuşdular. Soyğunçular kiminsə şübhələndiyini biləndə, tələsdilər. Buna bənzər hadisələr bütün dünyada baş verir. Sevinirik ki, bizə heç nə olmadı. Bu, bizim üçün daha vacibdir, çünki onların oğurladıqlarına fikir vermirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button