Özil üçün 2 variant

İngiltərənin “Arsenal” klubunun türk əsilli almaniyalı futbolçusu Məsut Özil gələcəyi ilə bağlı qərarını verib.

Komanda.az “The Sun”a istinadən xəbər verir ki, 31 yaşlı futbolçu “topçular”dan ayrılmağa qərar verib. Yarımmüdafiəçi London klubu ilə yeni müqavilə imzalamayacağını bildirib.

Onun karyerasını ABŞ və ya Türkiyədə davam etdirmək istədiyi bildirilir.

2013-cü ildən “Arsenal”da çıxış edən Özilin müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button