Özil əməliyyat olundu – 3 ay oynamayacaq

Türkiyənin “Başakşəhər” klubunun yarımmüdafiəçi Mesut Özil əməliyyat olunub.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Təcrübəli futbolçu belində yaranmış problemlə əlaqədar əməliyyat masasına uzanmaq məcburiyyətində qalıb. Bu gün baş tutan və 3 saat sürən əməliyyatın uğurlu keçdiyi diqqətə çatdırlıb. Özilin bu zədəyə görə azı 3 ay yaşıl meydanlardan uzaq qalması gözlənilir.

Xatırladaq ki, Mesut Özil bu yay “Fənərbaxça”dan ayrılaraq “Başakşəhər”lə 1+1 illik sözləşməyə imza atıb. 33 yaşlı futbolçu İstanbul təmsilçisinin heyətində cəmi 3 matça çıxıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button