“Özgüvənə ehtiyacımız var” – Lempard

İngiltərə Premyer Liqasının 16-cı turu çərçivəsində “Aston Villa” ilə 1:1 hesablı bərabərliyə razılaşan “Çelsi”nin baş məşqçisi Frenk Lempard açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ingilis mütəxəssis “zadəganlar”ın oyunundan razı qaldığını bildirib:

“Futbolçularımdan heç biri məni məyus etmədi. Komandamın oyun anlayışı bu gün əla idi. Yaxşı təşkilatlanmış komandaya qarşı mübarizə apardıq. Qalib gəlmək, xüsusilə, ev matçında sevinmək istəyirdik, amma olmadı. Ümumilikdə bu gün oyunumuzda yaxşı nüansların sayı çox idi. Oyunumuz yaxşı alındı. Özgüvənə ehtiyacımız var. Bunun öhdəsindən gələ bilərik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button