Özbəkistan millisinin üzvü “Keşlə”də – rəsmi

“Keşlə” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az klubun rəsmi “facebook” hesabına istinadən xəbər verir ki, qəsəbə təmsilçisi, Şohruh Qadoyevi heyətinə qatıb. Özbəkistan millisinin üzvü ilə 1,5 illik müqavilə imzalanıb.

27 yaşlı yarımmüdafiəçi karyerasına “Nasaf” klubunda başlayıb. Daha sonra Bəhreynin “Al-Muharraq”, Cənubi Koreyanın “Daejeon Citizen”, həmçinin öz ölkəsində “Buxara” və “Bunyodkor” klublarının da şərəfini qoruyub.

Qadoyev Özbəkistan milli komandasının heyətində 14 oyun keçirib və 1 qol vurub.