Ozanla Dəniz Türkiyədə üz-üzə gəldi

Futbol üzrə Türkiyə 1-ci liqasında 28-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi “Girəsunspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Azərbaycan yığmasının sabiq hücumçusu Dəniz Yılmazın komandasını – “Gənclərbirliyi”ni qəbul edib. Qarşılaşma qonaq komandanın 1:0 hesablı qələbəsiylə başa çatıb.

Ozanla Dəniz də bu matçın iştirakçısı olub. Kökçü start heyətdə meydana çıxıb və 88-ci dəqiqədə əvəzlənib. Yılmaz isə 65-ci dəqiqədə meydana buraxılıb.

28 turdan sonra 58 xala malik “Gənclərbirliyi” zirvəyə şərikdir. 28 xala malik “Girəsunspor” isə 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button