Ozan Canlı “Eyndhoven” səfərdə uduzdu

Futbol üzrə Niderland birinci divizionunda 37-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Helmond”la qarşılaşıb. Futbolçumuzun komandası yekunda məğlubiyyətə üzülüb – 0:2.

Ozan da bu görüşün iştirakçısı olub. O, 90 dəqiqə meydanda olub, 87-ci dəqiqədə sarı vərəqə alıb.

“Eyndhoven” hazırda 40 xalla 15-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button