Ozan Canlı “Eyndhoven” darmadağına üzüldü

Futbol üzrə Niderland birinci divizionunda 15-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Zvolle” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:5.

Ozan da bu görüşün iştirakçısı olub. O, 77-ci dəqiqədə meydana buraxılıb.

“Eyndhoven” hazırda 26 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button