Ozan Canlı “Eyndhoven”ə 1 qol bəs etdi

Futbol üzrə Niderland birinci divizionunda 14-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Utrext”in ikinci komandası ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Ozan da bu görüşün iştirakçısı olub. O, oyuna start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib.

“Eyndhoven” hazırda 26 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button