Ozan Can qol vurdu, komandası qələbəni əldən verdi

Futbol üzrə Niderland birinci divizionunda 27-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Venlo” ilə qarşılaşıb. Qarşılaşmada qalib müəyyənləşməyib – 2:2.

Ozan da bu görüşün iştirakçısı olub. Start heyətdə çıxan azərbaycanlı futbolçu 87-ci dəqiqədə əvəzlənib. Komandasının ikinci qolunu da 55-ci dəqiqədə Ozan vurub.

“Eyndhoven” hazırda 33 xalla 14-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button