Ozan Can “Eyndhoven”ə qələbə qazandırdı

Niderlandın “Eyndhoven” komandası milli çempionatdakı fasilədən istifadə edərək yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Ozan Can Kökcünün formasını geyindiyi bu komanda “Oss” ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan 1:0 hesablı qələbə ilə ayrılıb. Ozan da bu görüşün iştirakçısı olub. Komandasının yeganə qolunu da cərimə zərbəsindən fərqlənən Kökcü vurub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button