“Oyunun sonu yaxşı bitmədi” – “Neftçi”nin futbolçusu

“Oyunun sonu yaxşı bitmədi. Növbəti matça hazırlaşmaq üçün bir həftə vaxtımız var. Cavab görüşündə də qələbə qazanmağa çalışacağıq”.

Komanda.az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Ataa Caber Bakıda Avstriyanın “Rapid” (Vyana) komandasına 2:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunundan sonra “CBC Sport”a açıqlamasında deyib.

Matçdakı ilk qolun müəllifi olan israilli yarımmüdafiəçi öz oyununda inkişaf gördüyünü bildirib:

“Bu, komanda yoldaşlarımın sayəsində mümkün olur”.

28 yaşlı futbolçu sonda azarkeşlərə təşəkkür edib:

“Bu gün mükəmməl idilər. Bizə çox dəstək oldular. İnanıram ki, növbəti görüşlərdə də bizi dəstəkləyəcəklər. Biz də onlara layiq oyun göstərməyə çalışacağıq”.

Bu komandalar arasında cavab görüşü avqustun 11-də Vyanada keçiriləcək. Cütün qalibi pley-off mərhələsində “Konyaspor” (Türkiyə) – “Vaduts” (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.