“Mançester Yunayted”in futbolçuları ondan beziblər

“Mançester Yunayted”in oyunçuları baş məşqçi Erik ten Haqın yarımmüdafiəçi Ceydon Sançoya münasibətinin doğru olduğunu düşünürlər.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, Sançonun baş məşqçinin açıqlamasına reaksiyası komandanın paltardəyişmə otağında sərt qarşılanıb. “Qırmızı şeytanlar”ın digər futbolçularının artıq onun hərəkətlərindən bezdikləri bildirilir.

Xatırladaq ki, İngiltərə Premyer Liqasında “Arsenal”la oyundan (1:3) sonra Erik ten Haq Sançonun məşqə qeyri-qənaətbəxş yanaşması səbəbindən oyunun heyətinə daxil edilmədiyini açıqlamışdı. Bundan sonra Sanço sosial şəbəkədə baş məşqçinin açıqlamasına sərt cavab verərək, onun sözlərini təkzib etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button