ÇL: “Öyrənməli olduğumuz çox şey var”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandasının 1/4 final mərhələsində Çempionlar Liqasını tərk etməsi haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Arsenal” 7 ildir Çempionlar Liqasında, 14 ildir ki, 1/4 finalda oynamır. Bütün bunların bir səbəbi var. Öyrənməli olduğumuz çox şey var. Böyük klublar üçün bu, bəzən illər tələb edir”.

Çempionlar Liqasının 1/4 finalının “Bayern”lə “Arsenal” arasında ilk oyunu 2:2 hesabı ilə nəticələnib. Cavab oyunu 1:0 (ümumi 3:2) hesabı ilə Münhen klubunun xeyrinə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button