Ovusu “Ferentsvaroş”da qolla debüt etdi

Bir neçə gün öncə “Qarabağ”dan ayrılaraq “Ferentsvaroş”la müqavilə bağlayan Kvabena Ovusu Macarıstan komandasında debüt matçına çıxıb.

Komanda.az xəbər verir ki, qanalı hücumçu “Pakş”a qarşı keçirilən matçın iştirakçısı olub.

Ölkə çempionatının 17-ci turu çərçivəsində baş tutan səfər oyunu Ovusu üçün uğurlu alınıb. Belə ki, 65-ci dəqiqədə meydana buraxılan 25 yaşlı forvard cəmi 7 dəqiqə sonra rəqib qapısına yol tapıb. Afrikalı futbolçu hesabı bərabərləşdirən qola imza atıb. Bundan sonra daha iki qol vuran “Ferentsvaroş” əzmkar qələbəyə sevinib – 3:1.

Xatırladaq ki, Ovusu “Ferentsvaroş”la 2.5 illik müqavilə bağlayıb. “Qarabağ” onun satışından 300 min avro qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button