Ovusu “Ferentsvaroş”a qışda keçmək istəyir

“Qarabağ”ın futbolçusu Kvabena Ovusu Macarıstan klubu “Ferentsvaroş”a bu ay keçmək istəyir.

Komanda.az “ulloi129.hu”-ya istinadən xəbər verir ki, qanalı hücumçu bununla bağlı fikrini Azərbaycan təmsilçisinə deyib.

26 yaşlı forvard “Ferentsvaroş”la mövsümün sonunda 2 illik müqavilə bağlamağa razılaşsa da, qış transfer dönəmində bu keçidin reallaşmasının tərəfdarıdır. Hazırda klublar arasında bu istiqamətdə danışıqlar aparıldığı bildirilib.

Kvabena Ovusunun “Qarabağ”la müqavilə müddəti mövsümün sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button