Ötən il Azərbaycandan kənarda 58 idmançıdan test nümunəsi götürülüb – AMADA-nın sifarişi ilə

2023-cü ildə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) sifarişi ilə ölkədən kənarda Azərbaycanın 58 idmançısından test nümunəsi götürülüb.

Komanda.az AMADA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyə və Rusiyanın hər birində 17, Avstriyada 12, Bolqarıstanda 8, Yaponiyada isə 4 idmançı antidopinq testindən keçib.

Testetmə AMADA-nın həmin ölkələrin milli antidopinq təşkilatları ilə mövcud əməkdaşlığı çərçivəsində təşkil olunub.

2023-cü ildə AMADA 282 beynəlxalq sifariş əsasında test həyata keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button