“Napoli” onun üçün 120 milyon avro “oxudu”

“Napoli” klubu hücumçusu Viktor Osimhen üçün transfer qiyməti müəyyən edib.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, İngiltərənin “Arsenal” klubu bir müddətdir 23 yaşlı futbolçunu transfer etmək istəyir. “Napoli” klubunun rəhbərliyi londonlulara onun transferinin 100 milyon funta (təxminən 120 milyon avro) başa gələcəyini bildirib.

Osimhenlə “Mançester Yunayted” də maraqlanır.

Nigeriyalı futbolçu 2020-ci ildə “Lill”dən “Napoli”yə keçib. Onun İtaliya klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir.

Osimhen bu mövsüm A Seriyasında 24 oyuna çıxıb, 13 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button