“Zirə”nin fəxri prezidenti özbəkistanlı nazirlə görüşdü – FOTO

Özbəkistanda səfərdə olan Azərbaycan Minifutbol Federasiyasının və “Zirə” Peşəkar Futbol Klubunun fəxri prezidenti Orxan Məmmədov Özbəkistanın idmanın inkişafı naziri Adxam İkramov ilə görüşüb.

Komanda.az xəbər verir ki, görüşdə futbol və minifutbolun inkişafı sahəsində əməkdaşlıq potensialı müzakirə olunub.

Görüş zamanı, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə əlaqələndirməklə dövlət-özəl tərəfdaşlığı formatında idman infrastrukturunun yaradılması imkanlarına dair fikir mübadiləsi aparılıb.

Bizi Telegramda izləyin