Orxan Hüseynzadə Avropa çempionatında

Orxan Hüseynzadə 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə oyununa təyinat alıb.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, noyabrın 15-də Rostov şəhərindəki “Rostov Arena”da keçiriləcək Rusiya – Latviya qarşılaşmasının UEFA nümayəndəsi Orxan Hüseynzadə olacaq.