Orucov braziliyalıya uduzdu, Heydərov “bürünc” üçün yarışacaq

Azərbaycanın daha iki cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

Komanda.az xəbər verir ki, 73 kq-da yer alan Rüstəm Orucov və Hidayət Heydərov tatami üzərinə çıxıb.

Orucov ilk görüşündə braziliyalı Daniel Karqninə uduzaraq, mundialla vidalaşıb.

Mübarizəyə 1/16 finaldan qoşulan Heydərov isə ardıcıl olaraq belçikalı Abdul Malik Umayev və özbəkistanlı Şaxram Axadova qalib gələrək, 1/4 finala adlayıb. O, bu mərhələdə italiyalı Manuel Lombardo ilə qarşılaşıb. Rəqibinə məğlub olan Heydərov yarımfinala vəsiqə şansını itirib.

O, bürünc medal uğrunda təsəlliverici qarşılaşmada qüvvəsini sınayacaq. Onun rəqibi kanadalı Artur Margelidon olacaq.

Azərbaycan mundialda 11 cüdoçu ilə təmsil olunur. İlk iki yarış günündə Kəramət Hüseynov (60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) medal qazana bilməyib. Dünya çempionatı oktyabrın 13-də başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button