“Biz qığılcım deyil, dinamit olmaq istəyirik” – Konte

İtaliya A Seriyasının ilk turu çərçivəsində öz meydanında “Leççe”yə 4:0 hesabı ilə qalib gələn “İnter”in baş məşqçisi Antonio Konte matçdan sonra açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis, yaxşı oyun göstərdiklərini deyib:

“Oyuna lazımi təzyiqi göstərməklə başladıq. Futbolçular görmək istədiyim futbolu göstərdilər, amma hesab 2:0 olduqdan sonra oyunumuzu bəyənmədim. Ümumilikdə, yaxşı oyun göstərdik və əla nəticə əldə etdik. Bu oyun növbəti matçlarımız üçün qığılcım ola bilərmi? Biz qığılcım deyil, dinamit olmaq istəyirik. Öz üzərimizdə çalışmağa davam edəcəyik”.

İtaliyalı mütəxəssis, oyunda 3-cü qolun müəllifi olan Romelu Lukaku haqqında da danışıb:

“Lukakudan çox məmnunam. Hər zaman gülümsəyir, komandaya da sevinc qatır. Onunla birlikdə yaxşı işlər görəcəyimizə inanıram. Lukaku bu gün onu transfer etmək üçün niyə çox çalışdığımızı hər kəsə göstərdi”.

Belçikalı futbolçu 78 milyon avro müqabilində “Mançester Yunayted”dən “İnter”ə transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button