“Onunla birgə oynamaq mənim üçün şərəfdir” – Alisson

“Liverpul” klubunun qapıçısı Alisson Bekker açıqlama verib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, braziliyalı qapıçı, “qırmızılar”ın oyun səviyyəsi haqqında danışıb:

“Çox çalışırıq, zehni cəhətdən güclü komandayıq. Bu, oyun səviyyəmizi yüksəkdə saxlamaq üçün olduqca vacibdir. Heyətimiz hər baxımdan çox güclüdür. Bir futbolçu heyətdən kənar qalanda və digəri onu əvəz edəndə, komandanın səviyyəsi dəyişmir. Bu, uğur əldə etmək istəyən komanda üçün vacibdir. Komandada qalib zehniyyəti var, hər zaman növbəti oyun haqqında düşünürük. Hər oyunda meydandan qələbəylə ayrılmaq üçün əlimizdən gələni edirik, bu, cari mövsümdə möhtəşəm nəticələrə səbəb oldu”.

27 yaşlı qapıçı, Mersisayd klubunda və Braziliya millisində komanda yoldaşı olan Roberto Firmino haqqında da danışıb:

“Firmino ilə birlikdə oynamaq çox yaxşıdır. O, məndən əvvəl Braziliya yığmasına çağırılmışdı. Millidə yaxşı münasibət yaratdıq. Bir müddət sonra “Liverpul”a transfer olunmaq ehtimalım yarananda, o, qərarıma böyük təsir göstərdi. Firmino klubla bağlı mənə çox şey dedi, bura gələndə hamısının həqiqət olduğunu anladım. Onunla birgə oynamaq mənim üçün şərəfdir”.