“Neymarın Kriştiano Ronaldo ilə birlikdə oynadığını görmək çox gözəl olardı”

“Barselona”nın və Braziliya millisinin sabiq futbolçusu Rivaldo PSJ-nin hücumçusu Neymarla bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sabiq futbolçu, Paris təmsilçisinin heyətində gələcəyi müzakirə olunan braziliyalı hücumçunun “Yuventus”da çıxış etməsini istədiyini bildirib:

“Barselona”dan ayrıldıqdan sonra baş verənlərə baxmayaraq, Neymarın qayıdışı Kataloniya klubu üçün əla olardı. O, möhtəşəm oyunu ilə komandaya böyük fayda verə bilər. Təbii ki, bu transfer “Barselona”nın onun üçün yüksək məbləğdə pul ödəməsinə razılıq verdikdən sonra baş tuta bilər.

Hazırda “Yuventus”un da Neymarı heyətinə qatmaq istədiyi görünür. Neymarın Kriştiano Ronaldo ilə birlikdə oynadığını görmək çox gözəl olardı. Neymar bütün mövsümboyu Kriştianoya qol və məhsuldar ötürmələrlə çox kömək edə bilər. “Yuventus”un hazırda bir ulduz futbolçusu var. Neymarın transferi həm futbolçular, həm də klub üçün faydalı olardı”.

Neymarla “Barselona”, “Real” və “Yuventus”un yaxından maraqlandığı bildirilir. Futbolçu PSJ-də xoşbəxt olmadığını və klubdan ayrılmaq istədiyini bildirmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button