“Onun komandada qalacağına əminəm” – Qvardiola

İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola Kevin de Bruynenin komandadakı gələcəyi ilə bağlı açıqlama verib.

Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, De Bruynenin klubla yeni müqavilə imzalayacağına inandığını bildirib:

“Onun komandada qalacağına əminəm. Məsələnin nə yerdə olduğunu bilmirəm, klub rəsmiləri ilə bu barədə danışmamışam. Amma De Bruyne bir futbolçu və insan kimi klub üçün nə qədər vacib olduğunu bilir. Onun komandadakı gələcəyi ilə bağlı narahat deyiləm. Son qərarı futbolçu verəcək”.

2015-ci ildən “Mançester Siti”nin şərəfini qoruyan belçikalı futbolçunun klubla müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button