“Onun bu cür qol vurması məni təəccübləndirmədi” – Klopp

İngiltərə Federasiya kubokunun 1/32 final mərhələsi çərçivəsində “Everton”a 1:0 hesabıyla qalib gələn “Liverpul”un baş məşqçisi Yurgen Klopp açıqlama verib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, almaniyalı mütəxəssis, oyunla bağlı bunları deyib:

“Təəssüf ki, daha bir futbolçumuz zədələndi. Amma oyun əla alındı. Təcrübəli olmayan gənc futbolçular bu gün meydanda çox yaxşı oyun göstərdilər. Cəsarətli futbol oynadıq, həm gənclər, həm də daha təcrübəli futbolçular əla çıxışla yadda qaldılar. Oyun ərzində müəyyən zamanlarda risk etməli olduq, amma bunun qarşılığında qalib gəldik.

Kertis Cons inanılmaz futbolçudur. Artıq üç il yarımdır ki, onu tanıyıram, onda böyük inkişaf var. Qeyri-adi bir şey olmasa, Cons əsas komandanın üzvü olacaq. Onun bu cür qol vurması məni təəccübləndirmədi”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button