“Arsen Vengeri hirsləndirmək istəmirəm”

“Bavariya” klubunun idarə heyətinin sədri Karl-Haynts Rummenigge Bundesliqanın 11-ci turu çərçivəsində keçirilən “Borussiya” (Dortmund) ilə oyundan (4:0) sonra açıqlama verib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, baş məşqçi məsələsi ilə bağlı danışan 64 yaşlı klub rəsmisi, bunları deyib:

“Yolumuza hələ ki, Hansi Fliklə davam edəcəyik. O, bu oyunda öz işini mükəmməl şəkildə yerinə yetirdi. İndi də onunla davam etmək niyyətindəyik.

Arsen Vengerə hörmət edirəm. Onu hirsləndirmək istəmirəm, zəng vurub, məsələni izah edəcəyik”.

Niko Kovaçın istefasından sonra Münhen klubunun baş məşqçi postu xorvatiyalı mütəxəssisin köməkçisi Flikə tapşırılıb. Klubun adı Vengerlə yanaşı çəkilirdi. Fransalı mütəxəssis də “Bavariya”da çalışmaq istədiyini bildirmişdi.