“Onlarla məsələm çoxdan bitib” – Ayxan Abbasov

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, doğma meydanda 2:3 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bəzi futbolçular millidə idi. Zədəlilər də var idi. Bu da planlarımızı pozdu. Rəqibin yaxşı müdafiə olunduğunu da deməliyəm. Bunu gözləyirdik, onlar bura xal qazanmağa gəlmişdilər.

Komandada arxayınlıqdan söhbət gedə bilməz. Çünki Premyer Liqada yerimizi təmin etməmişik. Bu baş versəydi belə, çıxıb oynamalı, qələbə qazanmalıyıq. Çox üzgünəm? “Sumqayıt”a uduzmağımıza görə belə deyiləm. Onlarla məsələm çoxdan bitib. Sadəcə, indidən növbəti oyunumuzu, zədəliləri fikirləşirəm. Sizinlə burda danışsam da, beynimdə qarışıq fikirlər var”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button