Qvardiola gənc futbolçulara niyə şans vermir? – açıqladı

İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola gənc futbolçularla bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ispan mütəxəssis, gənc futbolçuların xidmətindən istifadə etməməsinin səbəbini açıqlayıb:

“Gənc futbolçuların inkişafı tədricən baş verən bir prosesdir. Bizim klubumuzun məqsədi isə təkcə Çempionlar Liqasını qazanmaq deyil, ən azı bütün turnirlərdə hər zaman çempionluq üçün mübarizə aparmaqdır. Bunu etmək üçün isə daha təcrübəli futbolçulara ehtiyacımız var. Heyətimizdə gənc futbolçularımız var və təbii ki, onlar da meydana çıxacaqlar. Amma hər zaman İngiltərənin və Avropanın ən güclü klubları ilə mübarizə aparırıq. Bunun üçün bizə David Silva, Fernandinyo, Serxio Aquero, Kevin de Bruyne kimi futbolçular lazımdır. Gənc futbolçularla böyük uğur qazana bilməzsiz. Onlar komandaya kömək edə bilərlər, amma onları qələbənin əsası hesab edə bilməzsiz”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button