“Argentinalılar çox aqressivdir” – Droqba

“Çelsi”nin sabiq futbolçusu Didye Droqba DÇ-2022-nin final matçı – Argentina – Fransa oyunu barədə danışıb.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, Cənubi Amerika təmsilçisinin aqressiv oynadığını bildirib:

“Argentinalılar bilirlər ki, fransızlar ayaqlarına təpik vurulmasını sevmir. Argentinalılar çox aqressivdir. Kilian Mbappeni bacarığını nümayiş etdirməyə qoymazlar. Düşünürəm ki, hər vasitə ilə onu bloklayacaqlar. Amma Fransa yığmasının heyətində Antuan Qrizmann və Osman Dembele də var. Onları da dayandırmaq lazım olacaq”.

Fransa millisi DÇ-2022-nin yarımfinalında Mərakeşi məğlub edərək (2:0), həlledici oyuna vəsiqə qazanıb. Onların finaldakı rəqibi Argentina yığması olacaq. Oyun dekabrın 18-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button